QR CodeQR Code

Tramp koronavirus peyvəndi ilə yeni "can" qazanmaq istəyir

6 Aug 2020 21:15

İslamTimes: ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb.


APA-nın "Reuters"ə istinadən verdiyi xəbər görə, bu barədə D. Tramp “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib.

ABŞ Prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.

Aparıcının “Noyabrın 3-dən də tez?” sualına isə ABŞ Prezidenti belə cavab verib: “Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”.

Bəziləri Trampın bu xəbərlə son zamanlarda sürətlə aşağı düşən reytinqini yüksəltməyə çalışdığını düşünür.


Story Code: 878759

News Link :
https://www.islamtimes.org/az/news/878759/tramp-koronavirus-peyvəndi-ilə-yeni-can-qazanmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org