0
Thursday 6 August 2020 - 21:15

Tramp koronavirus peyvəndi ilə yeni "can" qazanmaq istəyir

Story Code : 878759
Tramp koronavirus peyvəndi ilə yeni "can" qazanmaq istəyir
APA-nın "Reuters"ə istinadən verdiyi xəbər görə, bu barədə D. Tramp “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib.

ABŞ Prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.

Aparıcının “Noyabrın 3-dən də tez?” sualına isə ABŞ Prezidenti belə cavab verib: “Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”.

Bəziləri Trampın bu xəbərlə son zamanlarda sürətlə aşağı düşən reytinqini yüksəltməyə çalışdığını düşünür.