QR CodeQR Code

"Yuventus" və "Real"a şok: "Lion" və "Siti" 1/4 finalda

8 Aug 2020 02:42

İslamTimes: İyulun 7-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.


Axar.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubu öz meydanında Fransanın “Lion” komandasını qəbul edib.

“Allianz Arena” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda “Lion” öz meydanında 1:0 hesabı qələbə qazanmışdı.

Ümumi hesabın 2:2 olmasına baxmayaraq, “Yuventus” turnirdə mübarizəsini dayandırıb. Buna səbəb isə “Lion”un öz meydanında qol buraxmamasıdır.

Günün digər matçında isə ilk görüşdə Madirddə "Real"ı 2-1 məğlub edən "Mançester Siti" komandası bu dəfə də eyni hesabla qalib gəlib. İngiltərə təmsilçisi də bu nəticə ilə növbəti mərhələyə vəsiqə qazanıb.


Story Code: 878978

News Link :
https://www.islamtimes.org/az/news/878978/yuventus-və-real-a-şok-lion-siti-1-4-finalda

Islam Times
  https://www.islamtimes.org