0
Saturday 8 August 2020 - 02:42

"Yuventus" və "Real"a şok: "Lion" və "Siti" 1/4 finalda

Story Code : 878978
"Yuventus" və "Real"a şok: "Lion" və "Siti" 1/4 finalda
Axar.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubu öz meydanında Fransanın “Lion” komandasını qəbul edib.

“Allianz Arena” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda “Lion” öz meydanında 1:0 hesabı qələbə qazanmışdı.

Ümumi hesabın 2:2 olmasına baxmayaraq, “Yuventus” turnirdə mübarizəsini dayandırıb. Buna səbəb isə “Lion”un öz meydanında qol buraxmamasıdır.

Günün digər matçında isə ilk görüşdə Madirddə "Real"ı 2-1 məğlub edən "Mançester Siti" komandası bu dəfə də eyni hesabla qalib gəlib. İngiltərə təmsilçisi də bu nəticə ilə növbəti mərhələyə vəsiqə qazanıb.