QR CodeQR Code

Tramp seçkilərdə qalib gələrsə İran və Şimali Koreya ilə razılaşma imzalayacağını bildirib

8 Aug 2020 12:17

İslamTimes: ABŞ prezidenti qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə İranı və Şimali-Koreyanı razılaşma imzalamağa vadar edəcəyini bildirib


SalamNews BBC-ə istinadla xəbər verir ki, Donald Tramp qarşıda gələn seçkilərdə qalib gəlməsinin xarici siyasətə təsirindən söz açıb.

O bildirib ki, İran və Şimali-Koreya kimi dövlətlər Co Baydenin qalib gəlməsinə ümidvardırlar və ona görə hazırda razılaşmaya getmirlər.

Tramp iddia edib ki, seçkilərdə qalib gələndən sonra İran və Şimali-Koreya ilə razılaşma əldə edəcək.

Qeyd edək ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı maksimum şiddətli sanksiyalara başlasa da rəsmi Tehranı yeni anlaşma əldə etməyə razı sala bilməyib.

 


Story Code: 879026

News Link :
https://www.islamtimes.org/az/news/879026/tramp-seçkilərdə-qalib-gələrsə-iran-və-şimali-koreya-ilə-razılaşma-imzalayacağını-bildirib

Islam Times
  https://www.islamtimes.org