0
Saturday 8 August 2020 - 12:40

Beyrut partlayışı nəticəsində itkin düşmüşlərdən 60-ı hələ də tapılmayıb

Story Code : 879031
Beyrut partlayışı nəticəsində itkin düşmüşlərdən 60-ı hələ də tapılmayıb
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, dağıntılar altında qalmışların və itkin düşmüşlərin axtarışı davam etdirilir. Məlumata görə hələ də 60 nəfərin taleyi naməlum olaraq qalır.

Qeyd edək ki, cari ayın 4-də Beyrut dəniz limanındakı partlayışda ölənlərin sayı 150-ni keçib. Dörd mindən çox yaralı var.