0
Saturday 8 August 2020 - 20:30

İsraildən biabırçılıq: Öz PUA-sını vurdu

Story Code : 879119
İsraildən biabırçılıq: Öz PUA-sını vurdu
İşğalçı İsrail rejiminin Haaretz qəzeti yazıb ki, İsrail hərbçilərinin ötən gün hədəf aldığı Pilotsuz Uçan Aparat sionist rejimin özünə məxsus imiş. 

Haaretz yazıb ki, sionist hərbçilər dronu gördükdən sonra onun kimə məxsus olduğunu təyin etmədən, PUA-nın Livan ərazisindən daxil olduğunu düşünüblər və beləliklə özlərinə məxsus dronu hədəf alıblar.

İşğalçı İsrail ordusunun sözçüsü Avichay Adraee ötən gün Twitter sosial şəbəkəsində öyünərək yazmışdı ki, "ordumuz Cəbəl əl-Şeyx məntəqəsinə daxil olan PUA-nın izinə düşüb və onu məhv edib..."

İsrail ordusu bu biabırçı hücumdan sonra bildirmişdi ki, sionist rejim ordusunun hazırlığı yüksək səviyyədədir və təcavüzə cavab verməyə hazırıq.

Qeyd edək ki, bir neçə gün öncə işğalçı İsrail rejimi yalan bir ssenari hazırlayaraq, Hizbullah döyüşçülərinin işğal olunmuş Fələstin ərazilərinə daxil olduğunu bildirmişdi. Amma Hizbullah Təşkilatı bu xəbərin yalan olduğunu və sionistlərin Hizbullah qorxusundan bu yalanları uydurduğunu bildirmişdi.