QR CodeQR Code

Tramp uğursuzluqlarını demokratların ayağına yazmaq istəyir

9 Aug 2020 08:44

İslamTimes: ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla “seçkiləri oğurlamaq” istəyirlər.


APA xəbər verir ki, bu barədə o, Nyu-Cersidəki mətbuat konfransında deyib.

Trampın sözlərinə görə, demokratların Konqresdəki liderləri Nensi Pelosi və Çak Şumer koronavirusdan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardımı “əllərində girov saxlayırlar”. O, həmçinin demokratların bir sıra təkliflərindən də söz açıb və bu təkliflərin iqtisadiyyatla heç bir əlaqəsinin olmadığını düşündüyünü vurğulayıb.

“Radikal solçular günün mövzusudur”, - deyə Tramp bildirib.


Story Code: 879171

News Link :
https://www.islamtimes.org/az/news/879171/tramp-uğursuzluqlarını-demokratların-ayağına-yazmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org