0
Sunday 9 August 2020 - 05:51

Yəməndə möhtəşəm Vilayət (Qədir Xum) bayramı

Story Code : 879174
Yəməndə möhtəşəm Vilayət (Qədir Xum) bayramı
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, paytaxt Səna və bir sıra digər Yəmən vilayətinin əhalisi bu gün (8 avqust) Vilayət bayramını coşğu ilə qeyd edib və dünyada xəbis və zalım qüvvələrin hökmranlığını rədd edən şüarlar səsləndiriblər.

Avqustun 8-i Səna və ölkənin bir sıra digər vilayətlərində xalqın geniş iştirakı ilə təşkil edilən "Vilayət bayramı” tədbirləri telekanallarla canlı yayımlanıb .

Məlumata görə, Səna ilə yanaşı, ölkənin Saada, Taiz, Hudeyda, Əmran, Əl-Cəvf, Həccah, Əl-Məhvət, Zamar, Rima, İbb və Əl-Bəyda kimi bölgələr də oxşar bayram tədbirlər keçirilib.

Bayramda iştirak edənlər ABŞ və sionist rejimin rəhbərlik etdiyi dünyada “pis qüvvələrin” məhv olması üçün şüarlar səsləndiriblər.