QR CodeQR Code

Rusiya: ABŞ beynəlxalq öhdəliklərini pozur

9 Aug 2020 06:43

İslamTimes: “ABŞ-ın Çinin TikTok sosial şəbəkəsinə qarşı qərarları bazar iqtisadiyyatının əsas prinsiplərinə ziddir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozur”.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, sözügedən platformaya qarşı Amerika tərəfinin əsassız sərt məhdudlaşdırıcı qərarları beynəlxalq öhdəliklərini pozur.

“ABŞ hakimiyyət orqanlarının qərarları azad bazar iqtisadiyyatının təməl prinsiplərinə ziddir və ÜTT qaydalarını pozur. Vaşinqtonun rəqibinin (Çinin) qolunu bu yolla bükmək səylərini milli təhlükəsizliyi təmin etmək ehtiyacı ilə əsaslandırması yaxşı təsir bağışlamır”, - Zaxarova bildirib.

Bundan əvvəl, Prezident Donald Trampın qərarı ilə ABŞ-da Tik Tok sosial şəbəkəsinin fəaliyyəti qadağan edilib.


Story Code: 879187

News Link :
https://www.islamtimes.org/az/news/879187/rusiya-abş-beynəlxalq-öhdəliklərini-pozur

Islam Times
  https://www.islamtimes.org