QR CodeQR Code

Pompeodan Kuba çağırışı: Səs verməyin...

9 Aug 2020 11:12

İslamTimes: ABŞ Dövlət katibi Maykl Pompeo növbəti dəfə dünya ölkələrini Kubanın BMT İnsan Haqları Şurasına (UNHRC) üzv olmasına səs verməməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə M.Pompeo Tvitter hesabında yazıb.

“BMT İnsan Haqları Şurasının humanitar missiyalar adı altında öz həkimləri vasitəsilə ticarət aparan Kubaya yer təklif etməsi təəssüf doğurur. İnsan hüquqlarını qiymətləndirən istənilən ölkə Kubanın Şuraya üzvlüyünə səs verməkdən çəkinməlidir”, - Pompeo bildirib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında ABŞ xarici proqramlar çərçivəsində kubalı həkimlərin iş şəraiti üçün məsul olan Kuba məmurlarına viza məhdudiyyəti tətbiq edib.


Story Code: 879194

News Link :
https://www.islamtimes.org/az/news/879194/pompeodan-kuba-çağırışı-səs-verməyin

Islam Times
  https://www.islamtimes.org