QR CodeQR Code

Bill Qeyts Trampın dediklərini təsdiqləmədi

IslamTimes , 9 Aug 2020 11:20

İslamTimes: Tramp peyvəndin prezident seçkilərindən öncə, Bill Qeyts isə ən azı 4-5 ay sonra hazır ola biləcəyini söylədi


"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusun (COVID-19) yox olacağı tarix haqda danışıb. Peyvənd hazırlanması prosesinə böyük sərmayələr yatırmış Bill Qeyts qeyd edib ki, peyvəndin mənfi təsirlərindən amanda qalmaq üçün ən azı 3-4 ay vaxta ehtiyac var. Bu müddət ərzində peyvəndin yan təsiri olmayacağı təqdirdə zəngin ölkələr peyvənddən yararlanaraq 2021-ci ilin sonunda koronavirus pandemiyasından qurtula bilər. 

"Microsoft" rəhbəri digər ölkələrin 2022-ci ilin sonlarında COVID-19 virusundan yaxa qurtara biləcəyini iddia edib.

Qeyd edək ki, son günlərdə bu il keçiriləcək prezident seçkilərində qalib gəlmək üçün bütün yollara əl atan Donald Tramp iddia etmişdi ki, yeni növ koronavirus infeksiyasına qarşı peyvənd prezident seçkilərindən əvvəl hazır ola bilər.


Story Code: 879198

News Link :
https://www.islamtimes.org/az/news/879198/bill-qeyts-trampın-dediklərini-təsdiqləmədi

Islam Times
  https://www.islamtimes.org