QR CodeQR Code

Trampın hakimiyyətdə qalması ABŞ demokratiyası üçün faciə olacaq

IslamTimes , 9 Aug 2020 23:31

İslamTimes: ABŞ-da 2020-ci il prezident seçkilərinə demokrat namizəd olan Co Bayden Donald Trampın hakimiyyətdə qalmasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib


Tramp kimi seçkilərlə bağlı kampaniyasını Twitterdə davam etdirən Co Bayden şəxsi hesabında yazıb: "Tramp komandasının daha dörd il hakimiyyətdə qalması gələcək nəsillər üçün fəlakətli nəticələrə səbəb ola bilər. Onun qələbəsi demokratiyamızın gələcəyini təhdid edir. Noyabr ayında seçkilərdə iştirak edərək Trampı (Ağ Evdən) çıxarmalıyıq!"

Obamanın prezidentliyi dönəmində ABŞ-ın vitse-prezidenti olmuş Co Bayden tvitində əlavə edib: "Planetimiz Donald Trampa daha dörd il dözmək gücündə deyil. Onu Ağ Evdən çıxarıb, daha sonra iqlim dəyişikliyi böhranı ilə ciddi bir təhlükə kimi davranaraq, bu problemi həll etməliyik..."

Trampın koronavirus pandemiyasına qarşı yetərsiz tədbirləri də daim Co Bayden və digər siyasətçilər tərəfindən tənqid edilir.

ABŞ hazırda Covid-19 virusuna yoluxanların və qurbanların sayına görə dünyada birinci pillədədir. Bu günə qədər ABŞ-da 5 milyon insan koronavirusa yoluxub, 160 min nəfər həlak olub.


Story Code: 879291

News Link :
https://www.islamtimes.org/az/news/879291/trampın-hakimiyyətdə-qalması-abş-demokratiyası-üçün-faciə-olacaq

Islam Times
  https://www.islamtimes.org