0
Monday 10 August 2020 - 03:41

Gürcüstanda Qədir Xum bayramı keçirildi

Story Code : 879300
Gürcüstanda Qədir Xum bayramı keçirildi

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə Marneuli İmam Əli (ə) Məscidində axşam namazından sonra, Qadir-Xum bayramı qeyd olunub.
Məscidin Axundu Hacı Hacıyev Vilayət və İmamət bayramı Qədir-Xum haqqında çıxış edib.
O Qədir Xum bayramının tarixi, hədislər və ayələr haqqında məlumat verib. Qədir Xum bayramının önəmi və böyüklüyündən danışan xətib, Peyğəmbərin (s) İmam Əlini (ə) özündən sonra rəhbər və imam təyin etməsini mərasim iştirakçılarına çatdırıb.
Mərasimin sonunda ehsan süfrəsi qurulub.
 
Source : islamazeri
Tagged
qədir xum
Comment