QR CodeQR Code

Almaniya koronavirusa qarşı peyvəndin ilin sonuna hazır olacağına ümid edir

10 Aug 2020 06:28

İslamTimes: “Almaniyada hazırlanan koronavirusa qarşı peyvənd 2020-ci ilin sonlarında və ya növbəti ilin əvvəllərində istifadəyə verilə bilər”.


APA TASS-a istinadən xəbər verir ki, bunu Paul Ehrliç adına Peyvənd və Biyomedikal Dərman İnkişafı İnstitutunun rəhbəri Klaus Tsiçutek açıqlamasında bildirib.

Almaniyada müvafiq tibbi məhsulların qəbulu və nəzarətinə cavabdehlik daşıyan institutun rəhbəri əlavə edib ki, gözləntilər peyvəndin 3-cü mərhələdəki müsbət test nəticələrindən asılıdır: “Testin 3 mərhələsində sözügedən vaksinin həqiqətən də infeksiyadan qoruduğu yoxlanılacaq”.

Avropa Komissiyasının Səhiyyə üzrə komissarı Stella Kyriakides “Handelsblatt” qəzetinə verdiyi açıqlamada deyib ki, təmsil etdiyi Avropa Komissiyası da koronavirusa qarşı ilk peyvəndin bu ilin sonu, gələn ilin əvvəlində buraxılacağını gözləyir: “Hazırda proqnoz vermək riskli olsa da, ilk peyvəndin qeyd edilən vaxtadək hazır olacağına inanmaq üçün kifayət qədər əsasımız var”.


Story Code: 879308

News Link :
https://www.islamtimes.org/az/news/879308/almaniya-koronavirusa-qarşı-peyvəndin-ilin-sonuna-hazır-olacağına-ümid-edir

Islam Times
  https://www.islamtimes.org