QR CodeQR Code

Yunan ordusunda həyəcan: Türkiyə başlayır...

10 Aug 2020 12:02

İslamTimes: Yunanıstan Müdafiə Nazirliyi Türkiyənin Aralıq dənizinin Fəthiyə sahillərində təlim keçirməsi qərarından sonra həyəcan təbili çalıb.


Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Pentapostaqma" qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus "Oruc Rəis" tədqiqat gəmisinin fəaliyyətə başlayacağı xəbəri Afinanı hərəkətə keçirib.

Qeyd edək ki, Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında müqavilə imzalanıb. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla danışıqlara hazır olduğunu, ancaq Afinanın sözünü tutmadığını söyləyib. Ərdoğan qazma işlərinə yenidən başladıqlarını və “Barbaros Xeyrəddin” gəmisini bölgəyə göndərdiklərini açıqlayıb.


Story Code: 879360

News Link :
https://www.islamtimes.org/az/news/879360/yunan-ordusunda-həyəcan-türkiyə-başlayır

Islam Times
  https://www.islamtimes.org