0
Monday 10 August 2020 - 23:33

Avropa Birliyi Ərəbistanda insan haqlarının pozulmasına görə narahatdır

Story Code : 879521
Avropa Birliyi Ərəbistanda insan haqlarının pozulmasına görə narahatdır
Əl-Cəzirə informasiya agentliyinin verdiyi xəbərə görə, Avropa Birliyi Səudiyyə Ərəbistanında insan haqlarının pozulması və qadın hüquq müdafiəçilərinin uzun müddətli həbslərinə görə, Ali-Səud rejimini tənqid edib. 

Avropa Birliyi bildirib: "Biz Səudiyyə Ərəbistanına bildirdik ki, bu ölkədə qadın hüquq müdafiəçilərinin uzun müddətli həbslərinə görə narahatıq."

Avropa Birliyi hazırda bu birliyə üzv ölkələrlə danışıqlar apararaq, Ərəbistanda insan haqları ilə bağlı vəziyyəti normallaşdırmağa çalışır.

Xatırladaq ki, bu günədək insan haqqlarının müdafiəsi ilə məşğul olan 54 qurum Ərəbistanda insan haqqlarının müdafiəçisi olan qadınlara dəstək verərək, Səudiyyə rejimi rəhbərliyindən onların azad edilməsini tələb edib.
Source : IslamTimes