QR CodeQR Code

Livan baş naziri istefa verdi

IslamTimes , 10 Aug 2020 23:55

İslamTimes: Hesan Diab dövlətin bütünlüklə istefaya getdiyini bildirib və uca Allahdan Livanı qorumasını diləyib. 


"Əl-Məyadin" şəbəkəsinin verdiyi məlumata görə Livan baş naziri Hesan Diab istefa verib. "Sky News" Livan dövlətindəki rəsmilərə istinadən bildirib ki, dövlətin istefaya getməsi məsuliyyətdən qaçmaq demək deyil. 

Bir neçə gün öncə 160 nəfərin ölümü ilə nəticələnən Beyrut limanındakı şübhəli partlayışdan sonra Hesan Diab dövlətindəki 4 nazir istefa vermişdi. 
Hesan Diab öz istefasından sonra bildirib ki, ölkə daxilində bəzi fitnəkar qruplar dövlətdən daha böyükdür. Bu qruplar bir faciə yaşanmasına səbəb olub, bundan sonra da başqa faciələr də yaşana bilər. 

Baş nazir deyib: "Fəsad yaratmaq istəyən bəziləri öz günahlarını dövlətin ayağına yazmaq istəyirdi. Biz bu gün Livanın bu böhranlı vəziyyətdən qurtulması üçün təlaş göstərməliyik. Hətta fikir ayrılığı olan qruplar Livan üçün birləşməlidirlər."

Hesan Diab sözlərinin sonunda dövlətin bütünlüklə istefa verdiyini bildirib və uca Allahdan Livanı qorumasını diləyib. 


Story Code: 879522

News Link :
https://www.islamtimes.org/az/news/879522/livan-baş-naziri-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org