0
Tuesday 11 August 2020 - 06:21

Ağ Ev yaxınlığında baş vermiş atışmaya görə Tramp brifinqi tərk edib

Story Code : 879538
Ağ Ev yaxınlığında baş vermiş atışmaya görə Tramp brifinqi tərk edib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında canlı olaraq yayımlanıb.

Tramp mətbuat konfransının başlanğıcında çıxış edərkən təhlükəsizlik xidmətinin əməkdaşı onun qulağına nə isə pıçıldayıb. Bundan sonra prezident mühafizəçilərlə birlikdə binanı tərk edib.

Qeyd edək ki, amerikalı lider bir qədər sonra brifinq zalına qayıdıb və Ağ Ev yaxınlığında atışma baş verdiyini bildirib.

Ağ Ev məsələ ilə bağlı hələlik bir açıqlama verməyib. Trampı müşayiət edən jurnalistlər brifinqin keçirildiyi otağın qapısında polis gördüklərini bildiriblər.

“Ağ Evin yaxınlığında atışma baş verib, vəziyyət nəzarətdədir. Effektiv iş gördüyünə görə məxfi xidmətə təşəkkür edirəm. Bir nəfəri xəstəxanaya çatdırıblar, onun vəziyyəti barədə məlumatsızam”, - deyə Tramp qeyd edib və bildirib ki, xəstəxanaya yerləşdirilən şəxs məxfi xidmət tərəfindən yaralanıb