0
Tuesday 11 August 2020 - 08:00

NATO-dan Ankara və Afinaya çağırış

Story Code : 879571
NATO-dan Ankara və Afinaya çağırış
Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə Şərqi Aralıqdakı vəziyyəti müzakirə etdim. Vəziyyət müttəfiq həmrəyliyi ruhu və beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmalıdır”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, Ankaranın qazma işlərini dayandırması və danışıqlara hazır olduğunu bəyan etməsinin ardından Yunanıstanın Misirlə müqavilə imzalaması Türkiyənin ciddi etirazına səbəb olub. Bu addımı qanunsuz adlandıran Türkiyə Şərqi Aralıq dənizinə “Oruc Rəis” gəmisini göndərib.