QR CodeQR Code

NATO-dan Ankara və Afinaya çağırış

11 Aug 2020 08:00

İslamTimes: Türkiyə və Yunanıstan aralarındakı problemləri müttəfiq həmrəyliyi ilə həll etməlidir.


Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə Şərqi Aralıqdakı vəziyyəti müzakirə etdim. Vəziyyət müttəfiq həmrəyliyi ruhu və beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmalıdır”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, Ankaranın qazma işlərini dayandırması və danışıqlara hazır olduğunu bəyan etməsinin ardından Yunanıstanın Misirlə müqavilə imzalaması Türkiyənin ciddi etirazına səbəb olub. Bu addımı qanunsuz adlandıran Türkiyə Şərqi Aralıq dənizinə “Oruc Rəis” gəmisini göndərib.

 


Story Code: 879571

News Link :
https://www.islamtimes.org/az/news/879571/nato-dan-ankara-və-afinaya-çağırış

Islam Times
  https://www.islamtimes.org