0
Tuesday 11 August 2020 - 12:46

İşğalçı İsrail rejimi Qəzzanın ticarət qapısını bağladı

Story Code : 879621
İşğalçı İsrail rejimi Qəzzanın ticarət qapısını bağladı
Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Qəzzaya gediş-gəlişlərə nəzarət edən İsrail rejiminin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Qoqat” bölməsi, sözügedən qərarını Qəzzadan raket və yandırıcı şarların atılmasına görə, verdiyini açıqlayıb.

İsrail rejiminin İctimai Yayım Agentliyinin (KAN) xəbərinə görə, İsrail rejiminin müdafiə naziri Benni Qantz Qəzzadan yandıcı şarların atılmasının davam etməsinə görə, Kərəm Əbu Səlim sərhəd-buraxılış məntəqəsinin ticarət mallarının girişinə bağlanmasını əmr edib.