0
Tuesday 11 August 2020 - 18:46

Netanyahu: İlhaq planının icrasına ABŞ mane oldu

Story Code : 879665
Netanyahu: İlhaq planının icrasına ABŞ mane oldu
"Jerusalem Post" qəzeti işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahuya istinadən yazıb: "İlk günlərdən aydın şəkildə görünürdü ki, Qərb sahilindəki məntəqələrin ilhaqı yalnız ABŞ ilə razılaşmadan sonra mümkün ola bilər. Əgər bu mövzu olmasaydı çoxdan bu işi bitirmişdim..."

Netanyahu deyib: "ABŞ prezidenti Donald Tramp hazırda digər məsələlərlə məşğuldur və ilhaq planı bu gün onun üçün prioritet mövzu deyil. Yaxın gələcəkdə ilhaq planını həyata keçirə bilərik."

Netanyahu Trampın Qərb Sahilinin 30 faiz ərazilərinin ilhaqına icazə verən planı barədə deyib: "Mən üç ildir bu plan üzərində Tramp komandası ilə işləyirəm və düşünürəm ki, bu İsrailin maraqlarını qoruyan yeganə plandır."

İsrail son iki ildə dördüncü seçkilər astanasındadır. Sionist rejimdə yaşanan siyasi gərginliklər səbəbindən ilhaq planının ən azı dekabr ayına qədər icra olunmasının imkansız olduğu bildirilir.
Source : IslamTimes