QR CodeQR Code

Çin: İrana qarşı embarqonun uzadılmasının hüquqi əsası yoxdur

IslamTimes , 11 Aug 2020 20:32

İslamTimes: Britaniya, Fransa və Almaniya 90-cı dəqiqədə Çin və Rusiyanı yola gətirməyə çalışır


"Reuters" informasiya agentliyi xəbər verir ki, ABŞ-ın bütün səylərinə baxmayaraq Rusiya və Çin bir daha İrana qarşı sanksiyaların uzadılmasına dair qətnaməyə qarşı çıxıb. Adının açıqlanmaması şərti ilə müsahibə verən Çinin BMT-dəki diplomatı deyib: "İrana qarşı silah alqı-satqısı ilə bağlı sanksiyalarının istənilən formada uzadılmasının heç bir hüquqi əsası yoxdur və bu addım nüvə sahəsində əldə edilən sazişin tamami ilə pozulması ilə nəticələnə bilər. ABŞ-ın bu qətnaməsinin təsdiqlənmə şansı sıfıra bərabərdir..."

ABŞ-ın BMT-dəki nümayəndəsi Kelli Kraft "Fox News" telekanalına verdiyi müsahibədə deyib: "Rusiya və Çin İrana silah sata biləcəkləri zamanı gözləyirlər və bu iki ölkə İrana qarşı silah embarqosunun ləğvindən faydalanmaq niyyətindədirlər..."

Reutersə müsahibə verən adının açıqlanmasını istəməyən avropalı rəsmi isə bildirib ki, ABŞ bu sanksiyaların uzadılması ilə İranla əldə edilmiş nüvə razılaşmasını məhv etmək ardıncadır."

Foreign Police bildirib ki, Rusiya və Çin bu qətnaməyə veto qoyaraq, onun təsdiqlənməsinə mane olacaqlarını açıq şəkildə ifadə edib. Amma ola bilər ki, bu iki ölkənin veto hüququndan istifadə etməsinə belə gərək qalmasın. Çünki hazırda ABŞ-ın qətnamənin təsdiqlənməsi üçün 9 müsbət səs toplaması belə çətin görünür.

Hazırda Britaniya, Fransa və Almaniya da 90-cı dəqiqədə fəaliyyətə keçərək bu embarqonun uzadılması üçün Çin və Rusiyanı yola gətirməyə çalışırlar.


Story Code: 879698

News Link :
https://www.islamtimes.org/az/news/879698/çin-irana-qarşı-embarqonun-uzadılmasının-hüquqi-əsası-yoxdur

Islam Times
  https://www.islamtimes.org