QR CodeQR Code

Meksika ABŞ və Çin şirkətlərinin üçmərhələli koronavirusa qarşı vaksinlərini sınaqdan keçirəcək

12 Aug 2020 06:17

İslamTimes: Meksika ABŞ-ın “Johnson & Johnson” və Çinin “CanSino Biologics Inc”, “Walvax Biotexnologiya Co Ltd” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı vaksinləri uzunmüddətli – üç mərhələdə klinik sınaqlarını keçirəcək.


APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, insanlar üzərində aparılacaq sınaqlar sentyabr ayının ikinci yarısında başlaya bilər.

Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyada COVID-19 pandemiyasına qarşı 150-dən çox vaksinin hazırlandığını və sınaqlardan keçirildiyini bildirib.

Qeyd edək ki, Rusiya xarici bazarlar üçün 'Sputnik V' adlandırdığı COVID-19 peyvəndini rəsmi qeydiyyatdan keçirən ilk ölkədir.

 


Story Code: 879745

News Link :
https://www.islamtimes.org/az/news/879745/meksika-abş-və-çin-şirkətlərinin-üçmərhələli-koronavirusa-qarşı-vaksinlərini-sınaqdan-keçirəcək

Islam Times
  https://www.islamtimes.org