0
Wednesday 12 August 2020 - 11:31

Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI

Story Code : 879815
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, qlobal təhlükəsizlik və strateji stabillik baxımından dünyanın deqradasiyaya uğradığını iddia edib.

Lavrov nüvə silahına nəzarət mexanizmlərinin də sıradan çıxdığını əlavə edib.

“Bəzi ölkələrin hərbi-doktrional sənədləri nüvə silahından məhdud sayda istifadəyə imkan yaradır”.

O, ABŞ-ın dünyada hərbi dominantlıq əldə etmək üçün hər şeyə hazır olduğunu və “nüvə müharibəsi” baş verərsə, qalib gələcəklərinə əmin olduqları barədə danışıb.