QR CodeQR Code

İsrail rejimi Qəzzanı yenə bombaladı

12 Aug 2020 12:37

İslamTimes: İsrail rejiminin hərbi təyyarələri Qəzzanın müxtəlif nöqtələrinə hava zərbələri endirib.


Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun Tvitter hesabında yerləşdirilən açıqlamada, HƏMAS-a məxsus bir tunel, hərbi kompleks və nəzarət nöqtələrinin vurulduğu bildirilib.

Hücumun helium qazı ilə şişirdilmiş yanan şarların atılmasına cavab olaraq həyata keçirildiyi iddia edilir.

Digər tərəfdən, hadisə şahidləri 5 nöqtəyə, Qəzzanın cənubunda 3 və Rifahın şərqində 2 hücum təşkil edildiyini qeyd ediblər.

Hücumlarda ölənlərin olub olmadığı barədə heç bir məlumat verilməyib.

Dünən (11 avqust) sionoist qəzetlərində yayılan xəbərlərdə Qəzzadan buraxılan yandırıcı şarlara görə, qanunsuz sionist yaşayış məntəqələrində 60 yanğının baş verdiyi iddia edilmişdi.


Story Code: 879828

News Link :
https://www.islamtimes.org/az/news/879828/israil-rejimi-qəzzanı-yenə-bombaladı

Islam Times
  https://www.islamtimes.org