QR CodeQR Code

Rusiyanın Səhiyyə naziri COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət bildirib

12 Aug 2020 13:31

İslamTimes: Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Muraşko bu gün keçirdiyi brifinqdə xarici həmkarlarının tənqidi fikirlərini tamamilə əsassız adlandırıb.

Rusiyalı nazir bir çox ölkələrin tədqiqatlar üçün bu və ya digər məcburi rejimlər tətbiq etdiyini xatırladıb.

Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı qərarın arxasında müəyyən klinik biliklər və məlumatların dayandığını vurğulayan M. Muraşko peyvəndin yaradıldığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu da qeyd edib.

“Daha əvvəllər bu platformadan sintez və digər preparatların istehsalı zamanı istifadə olunub”, - deyə Səhiyyə naziri bildirib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.


Story Code: 879835

News Link :
https://www.islamtimes.org/az/news/879835/rusiyanın-səhiyyə-naziri-covid-19-peyvəndi-ilə-bağlı-tənqidlərə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org