0
Wednesday 12 August 2020 - 13:41

İşğalçı İsrail bir aya 429 fələstinlini həbs edib

Story Code : 879837
İşğalçı İsrail bir aya 429 fələstinlini həbs edib
SalamNews Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Fələstinin 4 hüquq təşkilatı və cəmiyyəti yayımladıqları birgə bəyanatda məlumat veriblər.

Bildirilib ki, İsrail təkcə ötən ayda aralarında 32 uşaq olmaqla 429 fələstinini həbs edib.

Əlavə edilib ki, işğalda qalmış Qüds və onun ətraf rayonları həbslərin şahid olduğu əsas bölgədir. İşğalçı İsrail qüvvələri iyul ayı ərzində burada 201 fələstinli sakini həbs ediblər.

Qeyd edək ki, Reuters bir neçə gün öncə verdiyi statistikada bildirib ki, hazırda İsrail həbsxanalarında 4,502 fələstinli kişi və 41 fələstinli qadın var.