QR CodeQR Code

İşğalçı İsrail bir aya 429 fələstinlini həbs edib

12 Aug 2020 13:41

İslamTimes: İsrail işğal altındakı ərazilərdə iyul ayında azı 429 fələstinlini həbs edib.


SalamNews Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Fələstinin 4 hüquq təşkilatı və cəmiyyəti yayımladıqları birgə bəyanatda məlumat veriblər.

Bildirilib ki, İsrail təkcə ötən ayda aralarında 32 uşaq olmaqla 429 fələstinini həbs edib.

Əlavə edilib ki, işğalda qalmış Qüds və onun ətraf rayonları həbslərin şahid olduğu əsas bölgədir. İşğalçı İsrail qüvvələri iyul ayı ərzində burada 201 fələstinli sakini həbs ediblər.

Qeyd edək ki, Reuters bir neçə gün öncə verdiyi statistikada bildirib ki, hazırda İsrail həbsxanalarında 4,502 fələstinli kişi və 41 fələstinli qadın var.

 


Story Code: 879837

News Link :
https://www.islamtimes.org/az/news/879837/işğalçı-israil-bir-aya-429-fələstinlini-həbs-edib

Islam Times
  https://www.islamtimes.org