0
Wednesday 12 August 2020 - 19:09

Netanyahunun istefası tələbi ilə etirazlar davam edir

Story Code : 879898
Netanyahunun istefası tələbi ilə etirazlar davam edir
"Bloomberg" saytının verdiyi məlumata görə, iyun ayının sonlarından başlayan etiraz aksiyalarını heç kəs yönləndirmir və etirazçılar özləri plansız və lider olmadan aksiya keçirirlər.

Etirazlar demək olar ki, həftədə ən az dörd gün və əksər hallarda Netanyahunun iqamətgahının önündə baş tutur.

Bloomberg-in yazdığına görə, Netanyahunun ixtilaflara səbəb olan siyasəti, məhkəmə prosesləri və seçkilərlə bağlı fitnəkarlığı onun hələ ki, hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilməyib. Bununla belə işğal olunmuş ərazi sakinləri olan yəhudilər Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdırlar və bu yolda etiraz edən bəziləri hətta canlarından belə olub.

İşğalçı İsrailin baş nazirinə qarşı korrupsiya ittihamları onun nüfuzunun bir xeyli azalmasına səbəb olub. Bu dəfə o, təkcə müxalifətin etirazı ilə qaşılaşmayıb. Bu gün Netanyahu öz yaxınlarının belə dəstəyini itirib. Bu isə Netanyahunun ciddi narahatçılıq keçirməsinə səbəb olub. Onu dəstəkləyənlərin sayı hər ötən gün azalsa da baş nazir hələ ki istefa etməyi düşünmür. Etirazçılar isə ona qarşı açdıqları cəbhəni tərk etmək niyyətində deyillər.

Etirazçıların Netanyahuya qarşı çoxsaylı şikayətləri olsa da aksiyalara əsas səbəb Netanyahuya qarşı korrupsiya ittihamlarıdır. Xalq Sionist rejimin bir siyasi qrup tərəfindən mənimsənildiyini və bu qrupun koronavirusla mübarizə aparmaq əvəzinə özünü qorumaqla məşğul olduğunu bildirir.

Sionist rejim hal-hazırda koronavirusun ikinci dalğası ilə üzləşib və işsizlik səviyyəsi 21 faizə yüksəlib.
Source : IslamTimes