0
Wednesday 12 August 2020 - 19:46

Amerikalılar ABŞ polisinə güvənmir!

Story Code : 879906
Amerikalılar ABŞ polisinə güvənmir!
CNBC kanalı xəbər verir ki, "Gallup" nəşriyyəsinin son sorğusuna görə, amerikalıların 50 faizi ABŞ polisinə güvənmir. Bu göstərici son 30 ildəki ən aşağı səviyyədir.

Minneapolis şəhərində ağdərili polis məmurunun qaradərili Corc Floydu qətlə yetirməsinə görə başlayan etiraz dalğasından sonra keçirilən sorğu bu həqiqəti üzə çıxarıb.

Təbii ki, bu "Gallup" analitik şirkətinin açıqladığı bu həqiqət illik sorğularda Amerika ictimaiyyətinin səhiyyə sistemi, media, təhsil və prezident aparatı kimi qurumlara inamını üzə çıxaran nəticənin kiçik bir qismidir. 

"Gallup" 30 ildir ki, keçirdiyi sorğularla Amerika xalqının müxtəlif mövzularla bağlı fikrini öyrənir. ABŞ polisinə inamla bağlı mövcud statistika 30 il ərzində qeydə alınmış ən aşağı göstərici kimi dəyərləndirilib.

Qaradərililər ümumi olaraq ağlara nisbətən polisə daha az güvənsələr də bu inamsızlıq son zamanlarda hər iki qrupda ən aşağı səviyyəyə enib. Əlbətdə ki, bu il də qaradərililər arasında ABŞ polisinə etimad səviyyəsi daha azdır və qaradərililərin yalnız 19%-i polisə güvənə biləcəyini söyləyib.

Amerika vətəndaşlarının son etirazlardan sonra polisin fəaliyyətinə dair fikirlərinin tamamilə dəyişdiyini söyləmək olar.
Source : IslamTimes