0
Thursday 13 August 2020 - 10:44

Səudiyyə Ərəbistanı Pakistana neft kreditini dayandırıb

Story Code : 879986
Səudiyyə Ərəbistanı Pakistana neft kreditini dayandırıb
“Report” “The Economic Times”a istinadən xəbər verir ki, belə bir addım Səudiyyənin nüfuzu altındakı İslam Əməkdaşlığı Təşkilatı (OIC) tərəfindən Kəşmir problemində süst davrandığı üçün Pakistanın tənqidlərinə cavab olaraq atılıb.

Ötən həftə Pakistan Xarici Işlər naziri Şah Məhmud Küreşi OIC tərəfindən Kəşmirə həsr olunmuş sessiya çağırılmasa, təşkilatın bəzi üzvlərini OIC çərçivəsindən kənarda xüsusi sessiya keçirməyə çağıracaqlarını bildirmişdi.

Hazırda Pakistan Səudiyyə Ərəbistanından sözügedən kredit çərçivəsində aldıqları 1 milyard ABŞ dollarını geri qaytarmalıdır. Bütövlükdə 3 milyard ABŞ dolları məbləğindəki kreditin daxil olduğu 6,2 milyard ABŞ dolları həcmindəki yardım zərfi 2018-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanı tərəfindən açıqlanaraq ötən ilin fevral ayında vəliəhd Məhəmməd bin Salmanın İslamabada səfəri zamanı imzalanmışdı.

Səudiyyə Ərəbistanın Birləşmiş Ərəb Əmirlikləri, Oman, bir sıra Şimali Afrika, Qərbi və Mərkəzi

Asiya ölkələri və bəzi başqa müsəlman əhalisi olan ölkələri, o cümlədən dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə yanaşı Kəşmir problemini Hindistanın daxili məsələsi olaraq gördükləri qeyd olunur.