QR CodeQR Code

Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Aug 2020 12:14

İslamTimes: ABŞ prezidenti Donald Tramp müşavirləri ilə ölkənin Müdafiə naziri Mark Esperin istefa ehtimalını müzakirə edib.


SalamNews xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, qarşıdakı prezident seçkilərinin nəticələrinə qədər Pentaqon rəhbərinin istefası ilə bağlı qərar qəbul edilməyəcək, amma bununla belə yenidən seçiləcəyi təqdirdə Esperin dəyişdirilməsinin mümkünlüyü müzakirə edilib.

Esper Konfederasiya bayrağının hərbi müəssisələrdə istifadəsinə qoyulan qadağanı təsdiqləyib,  amma Tramp amerikalıların bu bayraqdan istifadə etmək hüququnun olduğunda təkid edib.


Story Code: 880002

News Link :
https://www.islamtimes.org/az/news/880002/reuters-tramp-pentaqon-rəhbərinin-istefasını-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org