QR CodeQR Code

Sionist rejim qırıcıları Qəzzada məktəbi bombaladı - FOTOLAR

IslamTimes , 13 Aug 2020 14:40

İslamTimes: İşğalçı İsrail rejimi qırıcıları bu səhər Qəzzada BMT-nin inşa etdiyi məktəbi hədəf alıb


"Shahab" informasiya agentliyinin verdiyi məlumata əsasən, işğalçı İsrail rejiminə məxsus qırıcı təyyarələr bu gün səhər saatlarında Fələstinə hücum ediblər. Qırıcılar Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) inşa etdiyi məktəbi hədəf alıblar. Hücum nəticəsində məktəbə ciddi ziyan dəyib və təhsil ocağı fəaliyyətini dayandırıb.

Sionist rejimin Müdafiə Nazirliyi bu gün Həmas Müqavimət Hərəkatının mövqelərinə də tanklar, helikopter və qırıcılar vasitəsi ilə zərbələr endirdiyini bildirib. 

İşğalçı rejim Həmasın Hərbi Dəniz Qüvvələrinin təsisatlarına, yeraltı təsisatlar və müşahidə postlarına zərbə endirdiyini bildirib. 

Həmişəki kimi, sionistlər öz cinayətlərinə bəhanə olaraq Həmasın partlayıcı daşıyan balonlarla İsrailə hücum etməsini göstəririb. 


.

.


Story Code: 880044

News Link :
https://www.islamtimes.org/az/news/880044/sionist-rejim-qırıcıları-qəzzada-məktəbi-bombaladı-fotolar

Islam Times
  https://www.islamtimes.org