0
Thursday 13 August 2020 - 18:10

Nəbih Berri: Müqaviməti kənara qoymaq, Livan hakimiyyətini kənara qoymaqdır!

Story Code : 880082
Nəbih Berri: Müqaviməti kənara qoymaq, Livan hakimiyyətini kənara qoymaqdır!
Hizbullahın sionistlərlə 33 günlük müharibədə (2006-cı) əldə etdiyi qələbənin 14-cü ildönümü münasibətilə çıxış edən Livan Parlamentinin spikeri Nəbih Berri Hizbullah Müqavimət Hərəkatını Livanın suverenliyinin qorunmasında zəruri faktor kimi təqdim edib.

Parlament spikeri cümə axşamı günü Livan xalqına ünvanladığı mesajda deyib: "Livan bütün torpaqlarını işğaldan müdafiə edəcək və Müqavimət də daxil olmaqla, bütün güc strukturlarını qoruyacaq! Müqavimətdən üz döndərmək Livanın birliyinə və suverenliyinə arxa çevirməkdir."

Parlament sədri Müqaviməti Livanın güclü bir dövlət olmasında əsas amil adlandırıb və bu ölkənin bütün livanlıların vətəni olduğunu xatırladıb.

Qeyd edək ki, ABŞ, İsrail və bəzi Qərb ölkələri ötən həftə Beyrut limanında baş verən partlayışdan sonra başlayan etirazlardan yararlanaraq, Hizbullah Müqavimət Hərəkatına qarşı xalqda nifrət oyatmağa çalışır. Amma uzun illərdən bu günədək hətta Livanın xristian toplumu Hizbullah Müqavimət Hərəkatına dəstəyini bir an olsun belə əsirgəməyib!
Source : IslamTimes