0
Saturday 15 August 2020 - 01:33

Aİ Belarusa qarşı sanksiya tətbiq etməyə qərar verib

Story Code : 880327
Aİ Belarusa qarşı sanksiya tətbiq etməyə qərar verib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın XİN rəhbəri İvan Korçak özünün “Twitter” səhifəsində yazıb.

Aİ məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar “repressiyaya məsuliyyət daşıyanlara” şamil olunacaq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.