0
Saturday 15 August 2020 - 11:19

“İrana qarşı silah embarqosunun uzadılması təklifinin qəbul edilməməsi ABŞ-ın məğlubiyyətidir”

Story Code : 880385
“İrana qarşı silah embarqosunun uzadılması təklifinin qəbul edilməməsi ABŞ-ın məğlubiyyətidir”
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində yazıb ki, BMT-nin 75 illik tarixində heç vaxt olmayıb ki, ABŞ bu qədər təcrid vəziyyətə düşsün: “Bütün səfərlərə və təzyiqlərə baxmayaraq, ABŞ bir kiçik ölkəni belə özünə dəstəkçi edə bilmədi”.

A. Musəvi qeyd edib ki, İranın fəal diplomatiyası və Hərtərəfli Birgə Fəaliyyət Planının  hüquqi möhkəmliyi ABŞ-ı artıq neçənci dəfədir ki, BMT TŞ-də məğlub edir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplamayıb, əksər ölkə qətnamənin lehinə səs verməkdən imtina edib.

İki ölkə qətnamənin lehinə, iki ölkə əleyhinə səs verib, daha 11 ölkə bitərəf qalıb.