0
Saturday 15 August 2020 - 13:32

Rusiya koronavirus peyvəndinin istehsalına başladı

Story Code : 880414
Rusiya koronavirus peyvəndinin istehsalına başladı
Bu barədə bu gün jurnalistlərə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.   “Rusiya Səhiyyə Nazirliyinin  N.F. Qamaley MEMTM tərəfindən hazırlanan yeni koronavirus infeksiyası COVID-19-a qarşı peyvənd istehsalı başlayıb”, - deyə məlumatda bildirilir.   Xatırladaq ki, avqustun 11-i Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı peyvəndin rəsmi olaraq qeydiyyata alındığını elan edib.   Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildirib ki, Rusiya Federasiyası artıq 20  ölkədən 1 milyard doza peyvənd tədarükü üçün müraciətlər qəbul edib.

Mənbə: Eastnews.org