0
Saturday 15 August 2020 - 19:27

Bağdad hava limanında ABŞ bazasının yaxınlığına üç raket atıldı

Story Code : 880484
Bağdad hava limanında ABŞ bazasının yaxınlığına üç raket atıldı

Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, İraq ordusu, həmçinin Bağdad Beynəlxalq Hava Limanına üç raketin düşdüyünü, xoşbəxtlikdən itki olmadığını təsdiqləyib.
 
Raketlər Bağdadın cənubundakı Ridvaniyə bölgəsindən Bağdad hava limanının yaxınlığındakı ABŞ hərbi bazasına atılıb.
 
Dünən İraq mediası Səlahəddin əyalətindəki Əl-Bələd Hava Bazası yaxınlığına üç raketin atıldığını xəbər vermişdi
 
İraq müqavimət qrupları xarici qoşunların qovulmasına çağıran parlament qətnaməsindən sonra qətnamənin daha sürətli icrasının vacibliyini vurğulayıblar.
 
Amerikanın işğalçı qüvvələrinin çıxarılması tələbi İraqdakı əksər siyasi cərəyanların tələblərindən biridir.
 
Source : Deyerler
Tagged
iraq
Comment