QR CodeQR Code

Bağdad hava limanında ABŞ bazasının yaxınlığına üç raket atıldı

Deyerler , 15 Aug 2020 19:27

Islamtimes - İraqın Təhlükəsiz Media Mərkəzi ABŞ-ın Bağdad hava limanındakı Viktoriya bazasına ən azı üç raket atıldığını xəbər verib.



Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, İraq ordusu, həmçinin Bağdad Beynəlxalq Hava Limanına üç raketin düşdüyünü, xoşbəxtlikdən itki olmadığını təsdiqləyib.
 
Raketlər Bağdadın cənubundakı Ridvaniyə bölgəsindən Bağdad hava limanının yaxınlığındakı ABŞ hərbi bazasına atılıb.
 
Dünən İraq mediası Səlahəddin əyalətindəki Əl-Bələd Hava Bazası yaxınlığına üç raketin atıldığını xəbər vermişdi
 
İraq müqavimət qrupları xarici qoşunların qovulmasına çağıran parlament qətnaməsindən sonra qətnamənin daha sürətli icrasının vacibliyini vurğulayıblar.
 
Amerikanın işğalçı qüvvələrinin çıxarılması tələbi İraqdakı əksər siyasi cərəyanların tələblərindən biridir.
 


Story Code: 880484

News Link :
https://www.islamtimes.org/az/news/880484/bağdad-hava-limanında-abş-bazasının-yaxınlığına-üç-raket-atıldı

Islam Times
  https://www.islamtimes.org