QR CodeQR Code

ABŞ İrana məğlub olduğunu etiraf etdi

IslamTimes , 15 Aug 2020 18:06

İslamTimes: ABŞ: Biz bu gün məğlub olduq, amma...


ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn Fransa, Almaniya və Britaniyanın Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosu layihəsini dəstəkləməməsinin təəssüfləndirici amma eyni zamanda gözələnilən olduğunu bildirib.

Reuters-in verdiyi məlumata görə, Obrayn FOX News kanalı ilə müsahibəsi zamanı deyib: "Biz bu gün məğlub olduq amma hələ iş bitməyib".

ABŞ-ın İrana qarşı silah embarqosu ilə bağlı layihəsi bu gün BMT-də səsverməyə çıxarılıb. ABŞ-ın bütün səylərinə baxmayaraq layihənin təsdiqlənməsi üçün səslər yetərsiz olub. Təkcə ABŞ və Dominikan Respublikası layihəyə müsbət rəy verib. 11 ölkə tərəfsiz qalıb, 2 ölkə isə layihəyə müxalif mövqe sərgiləyib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Kelly Kraft bildirib ki, ABŞ gələcək günlərdə tətik mexanizmindən istifadə edərək, İrana qarşı beynəlxalq sanksiyaları bərpa etməyə çalışacaq.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ İrana qarşı silah embarqosunun uzadılması zəmnində səylərini davam etdirəcək.


Story Code: 880485

News Link :
https://www.islamtimes.org/az/news/880485/abş-irana-məğlub-olduğunu-etiraf-etdi

Islam Times
  https://www.islamtimes.org