0
Saturday 15 August 2020 - 21:44

Avstriya ABŞ-ın əksər ölkələrə sanksiya tətbiq etməsini pislədi

Story Code : 880515
Avstriya ABŞ-ın əksər ölkələrə sanksiya tətbiq etməsini pislədi
Sinhua xəbər agentliyinin verdiyi məlumata görə, Avstriya rəsmiləri ABŞ dövlət katibi Mayk Pompeo ilə görüş zamanı ABŞ-ın beynəlxalq razılaşmaları pozaraq sazişləri birtərəfli şəkildə tərk etməsini tənqid edib. Onlar rəsmi Vaşinqtonun "Şimal Axını 2" (Nord Stream 2) layihəsinə qarşı sanksiya tətbiq etməsinin yanlış olduğunu bildiriblər.

Avstriya prezidenti Aleksander Van der Bellen ABŞ-ın Paris sazişindən çıxmasını tənqid edib. Donald Tramp 2017-ci ildən bu sazişi tərk etmək niyyətində olduğunu açıqlamışdı.

Van der Bellen həmçinin ABŞ-ın "Şimal Axını 2" layihəsinə sanksiya tətbiq etməsinə görə də təəssüf hissi keçirdiyini söyləyib.

Avstriyanın xarici işlər naziri Alexander Schallenberg də bu qanunsuz sanksiyaya görə rəsmi Vaşinqtonu sərt şəkildə qınayıb və deyib: "Bu bir faktdır ki, dostluq rabitəsində siz qarşı tərəfin bütün fikirləri ilə razılaşa bilməzsiniz. Bizim də ABŞ-la bir sıra mövzularla bağlı ciddi fikir ayrılığımız var. Bunlardan biri "Şimal Axını 2" layihəsinə tətbiq edilən sanksiyalarla bağlıdır!"

Qeyd edək ki, Rusiyanın bir çox Avropa ölkəsini qazla təmin edən layihəsinə ABŞ tərəfindən tətbiq edilən sanksiya hətta Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Boreli də dilə gətirib. Cozef Borrel ABŞ-ın bu addımının qanunsuz olduğunu bildirib.
Source : IslamTimes