0
Sunday 16 August 2020 - 10:45

Baş nazir Yaponiyanın heç vaxt müharibəyə qatılmayacağına and içdi

Story Code : 880593
Baş nazir Yaponiyanın heç vaxt müharibəyə qatılmayacağına and içdi
Mk.ru xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şinzo Abe kapitulyasiyanın 75 illiyi münasibətilə keçirilən anma mərasimində deyib.

Nazirlər Kabinetinin başçısı vurğulayıb:

“Biz bir daha müharibələrdə iştirak etməyəcəyimizə dair anda davam edəcəyik”.

Abe İkinci Dünya Müharibəsi zamanı ölən bütün yaponların xatirəsini ehtiramla yad edib. O, qeyd edib ki, Yaponiya dünya birliyi ilə müxtəlif problemlərin həllinə yönələn əməkdaşlığı davam etdirmək əzmindədir.

Sonra Yaponiya imperatoru Naruxito çıxış edərək, yaponların koronavirus pandemiyasını və bununla əlaqəli hər hansı bir çətinliyi dəf edəcəyinə əminliyini bildirib.