QR CodeQR Code

Baş nazir Yaponiyanın heç vaxt müharibəyə qatılmayacağına and içdi

16 Aug 2020 10:45

İslamTimes: Yaponiya bir daha müharibələrdə iştirak etməyəcək.


Mk.ru xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şinzo Abe kapitulyasiyanın 75 illiyi münasibətilə keçirilən anma mərasimində deyib.

Nazirlər Kabinetinin başçısı vurğulayıb:

“Biz bir daha müharibələrdə iştirak etməyəcəyimizə dair anda davam edəcəyik”.

Abe İkinci Dünya Müharibəsi zamanı ölən bütün yaponların xatirəsini ehtiramla yad edib. O, qeyd edib ki, Yaponiya dünya birliyi ilə müxtəlif problemlərin həllinə yönələn əməkdaşlığı davam etdirmək əzmindədir.

Sonra Yaponiya imperatoru Naruxito çıxış edərək, yaponların koronavirus pandemiyasını və bununla əlaqəli hər hansı bir çətinliyi dəf edəcəyinə əminliyini bildirib.


Story Code: 880593

News Link :
https://www.islamtimes.org/az/news/880593/baş-nazir-yaponiyanın-heç-vaxt-müharibəyə-qatılmayacağına-and-içdi

Islam Times
  https://www.islamtimes.org