0
Sunday 16 August 2020 - 11:15

ABŞ-dan daha bir eqoist qərar - bu dəfə “Alibaba” vurulur!

Story Code : 880602
ABŞ-dan daha bir eqoist qərar - bu dəfə “Alibaba” vurulur!
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Çinin Alibaba şirkətinin fəaliyyətinə qadağa qoya bilərik. Bununla bağlı müzakirələr aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq lazım olan qərarı qəbul edəcəyik”, - Tramp qeyd edib.

Qeyd edək ki, “Alibaba Group” Çinin 1999-cu ildən bəri fəaliyyət göstərən ən böyük elektron ticarət şirkətidir. Şirkət Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com beynəlxalq internet platformalarına sahibdir.