0
Sunday 16 August 2020 - 20:22

Baydenin müşaviri də Trampın xəyallarının imkansız olduğunu dedi

Story Code : 880674
Baydenin müşaviri də Trampın xəyallarının imkansız olduğunu dedi
ABŞ-da 2020-ci il prezidentlik seçkilərinə iki namizəddən biri olan Co Baydenin müşaviri Tony Blinken ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi olan Riçard Qoldbergin iddialarına cavab verib. Riçard Qoldberg iddia etmişdi ki, ABŞ İrana qarşı tətik mexanizmini işə salaraq, Avropa Birliyinin İrana qarşı bütün sanskiyalarını bərpa edə bilər. 

Tony Blinken Tvitter hesabında yazdığı cavabla bu iddianın yalan olduğunu bildirib. O  İranla 5+1 arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planında qeyd olunan bəndləri yada salıb və bildirib ki, ABŞ bu razılaşmanı iki il öncə tərk etdiyi üçün digər üzvlərin sahib olduğu hüquqa malik deyil. Tətik mexanizmini yalnız razılaşmada qalan tərəflər işə sala bilər. 

Tony Blinken ABŞ-ın İranla nüvə müzakirələrindəki nümayəndə heyətinin rəhbəri olmuş Vendi Şermanın tvitinə də cavab verərək deyib: "Xanım Vendi Şerman siz bu günədək İranla imzalanan qətnaməni mütaliə etmisinizmi? Bu qətnamədə ABŞ-ın hansı hallarda tətik mexanizmini işə sala biləcəyi qeyd edilib."
Source : IslamTimes