QR CodeQR Code

Tramp Putindən kömək istəyəcək?

17 Aug 2020 09:51

İslamTimes: ABŞ Prezidenti Donald Tramp köməkçilərinə noyabr seçkilərindən əvvəl Rusiya lideri Vladimir Putinlə şəxsən görüşmək istədiyini söyləyib.


Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

Kanalın mənbəsinin bildirdiyinə görə, administrasiya sammitin keçiriləcəyi yer və tarixə baxıb. Məkan üçün təklif olunan variantlar arasında Nyu-Yorkun olduğu da bildirilib.

Belə bir görüşün təşkilinin nüvə silahlarına nəzarət haqqında yeni sazişin hazırlanması ilə əlaqədar olduğu iddia edilir.

Bildirilib ki, bu, Trampa seçkilər ərəfəsində razılaşmalar aparmaq iqtidarında olduğunu nümayiş etdirməyə imkan verə bilər. “NBC News” Trampın seçki öncəsi dünya liderləri ilə görüşəcəyini bildirib, ancaq Rusiya prezidenti ilə görüş hələ dəqiqləşdirilməyib. Bu, ehtimallar arasındadır.

Qeyd edək ki, ötən seçkilərdə Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyi ilə bağlı ciddi ittihamlar irəli sürülmüşdü. Trampın qarşıdakı seçimlərdən öncə Putinlə görüşmək fikri yeni şübhələrə səbəb olub.


Story Code: 880760

News Link :
https://www.islamtimes.org/az/news/880760/tramp-putindən-kömək-istəyəcək

Islam Times
  https://www.islamtimes.org