QR CodeQR Code

İsrail tankları Qəzza zolağına zərbələr endirdi

17 Aug 2020 12:29

İslamTimes: İsrail rejimi tankları ötən gecə növbəti dəfə Qəzza zolağına zərbələr endirib.   
Bu barədə İsrail rejimi ordusunun rəsmi Tvitter hesabında məlumat verilib.   


Məlumatda bildirilir ki, Qəzza zolağında yerləşən HƏMAS müqavimət hərəkatının obyektlərinə zərbələr endirilib.   

Digər bir məlumata əsasən, Qəzza zolağında olan müqavimət qüvvələri İsrail rejiminin ardıcıl aviasiya zərbələrinə cavab olaraq Daşınan Zenit Raket Kompleskindən işğalçı rejim təyyarələrinə atəş açıb.   

Xatırladaq ki, bir həftədir İsrail rejimi ardıcıl olaraq Qəzza zolağına zərblər endirir. /EASTnews/


Story Code: 880823

News Link :
https://www.islamtimes.org/az/news/880823/israil-tankları-qəzza-zolağına-zərbələr-endirdi

Islam Times
  https://www.islamtimes.org