QR CodeQR Code

Zaxarovadan Makrona şok sözlər: “Həmişəki kimi riyakarlıq...”

17 Aug 2020 14:36

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Belarusdakı vəziyyətlə bağlı açıqlamasına münasibət bildirib.


Teleqraf.com xəbər verir ki, rus diplomat Avropa Birliyini öz daxili problemlərinə diqqət artırmağa çağırıb.

Zaxarovanın Fransa liderinə cavabı belə olub:

“Nə vaxt Makron Avropa Birliyindən dinc nümayişlərdə öz hüquqlarını, azadlıqlarını və suverenliyini tələb edən yüz minlərlə “sarı gödəkçəli” ilə birlikdə hərəkət etməyi xahiş etdi? Avropa Birliyi nə zaman üzv dövlətlərin prezidentlərinin xahişlərini gözləməyi dayandıracaq və öz məkanında etiraz aksiyalarını dəstəkləmək üçün fəal şəkildə səfərbər olmağa başlayacaq? Həmişəki kimi riyakarlıq...”


Story Code: 880824

News Link :
https://www.islamtimes.org/az/news/880824/zaxarovadan-makrona-şok-sözlər-həmişəki-kimi-riyakarlıq

Islam Times
  https://www.islamtimes.org